Beyləqanda “Dini radikalizmlə mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib
Aprelin 22-də Beyləqan rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi, Regional Gənclər və İdman İdarəsi və Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin məsləhətçisi Bəhrəm Abbaslı, müəllimlər, şagirdlər və ictimiayyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda dini radikalizm və ekstremizmin bu gün dünyanı narahat edən ciddi problemlərdən olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, milli-mənəvi və əxlaqi dəyərlərdən uzaq, yetkin dünyagörüşə malik olmayan gənc nəsil yad ideologiyaya, təsirlərə məruz qalaraq cəmiyyət üçün böyük bəlaya çevrilə bilər. Odur ki, yeniyetmə və gənclər dini radikalizm və ekstremizmin təsirlərindən uzaq, milli-mənəvi dəyərlərimizə sadiq ruhda yetişdirilməlidir.