Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.03.2025 / Bölgə xəbərləri

Beyləqanda din xadimlərinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib

Martın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi və QMİ-nin Beyləqan rayonu üzrə qazılığının birgə təşkilatçılığı ilə “Ramazan – sülh, yardımlaşma və həmrəylik ayı” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin məsləhətçisi Bəhrəm Abbaslı, QMİ-nin qazısı Mirsəccad İmranov, din xadimləri və dini icma sədrləri iştirak ediblər. 
Çıxışlarda Ramazan ayının sülh və həmrəylik ayı olduğu qeyd edilib. QMİ-nin Qazılar Şurasının Ramazan ayı ilə bağlı fətvasına və qanunvericiliyin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb.
Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.