Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.01.2025 / Bölgə xəbərləri

Bərdədə "Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu" mövzusu müzakirə olunub

Yanvarın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi və Bərdə rayonu Uğurbəyli kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə "Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu" mövzusunda tədbir təşkil olunub.

Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin məsləhətçisi Məhəmməd Rəşidov, Bərdə Rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, Qafqaz Müsəlmanları İdarəsinin Qarabağ bölgəsi üzrə qazısı Ramazan Hüseynov, ictimaiyyət nümayəndələri, din xadimləri və dini icma üzvləri iştirak ediblər.

Çıxışlarda mənəvi dəyərlərimizin milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynadığı diqqətə çatdırılıb. Azərbaycanda yaşayan müxtəlif dinlərin, məzhəblərin və xalqların nümayəndələri arasında tarixən həmrəylik, sülh və vəhdətin hökm sürdüyü, xalqımızın zəngin milli-mənəvi dəyərlər sistemində humanizm və sülhsevərliyin əsas yer tutduğu qeyd edilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.