Bərdədə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib
Noyabrın 19-da Bərdə rayonunun Lənbəran kəndində yerləşən “Hacı Həmid” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax regional bölməsi, Bərdə Rayon İcra Hakimiyyəti və dini icmanın birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində “Cəmiyyətin və dini icmaların uşaq hüquqlarının müdafiəsində iştirakı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin regional bölməsinin əməkdaşı Məhəmməd Rəşidov, müvafiq qurumların nümayəndələri, din xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda cəmiyyətin və dini icmaların uşaq hüquqlarının müdafiəsində rolundan bəhs olunub. Vurğulanıb ki, uşaq hüquqlarının qorunması cəmiyyətin hər bir üzvünün mənəvi borcudur. Bildirilib ki, sağlam mühitin formalaşması, uşaqların layiqli təhsil alması üçün maarifləndirici tədbirlərin mütəmadi təşkili vacibdir. Natiqlər uşaqlara qarşı zorakılığın qarşısının alınması, onların sosial və hüquqi müdafiəsinin gücləndirilməsi istiqamətində mövcud imkanlardan səmərəli istifadə edilməsinin önəmini qeyd ediblər.