Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.08.2024 / Bölgə xəbərləri

Bərdədə  “Tolerantlıq sülhün və birgəyaşayışın təməlidir” mövzusu müzakirə olunub

Avqustun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi, Bərdə ASAN xidmət mərkəzi və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə Bərdədə “Sülh Aylığı” çərçivəsində “Tolerantlıq sülhün və birgəyaşayışın təməlidir” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin müdiri vəzifəsini icra edən Natiq Əfəndiyev və əməkdaşı Məhəmməd Rəşidov, Rayon Gənclər və İdman sektorunun müdiri Aydın Qasımov, Bərdə ASAN xidmət mərkəzinin əməkdaşları və gənclər iştirak ediblər.

Çıxış edənlər Azərbaycanda mövcud olan tolerant mühitdən danışıblar.  Ölkəmizdə bütün dövrlərdə müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanların sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində yaşadıqları vurğulanıb. Tolerantlıq dəyərlərinin formalaşmasında mənəvi dəyərlərimizin rolundan bəhs edilib. Dini zəmində ayrıseçkilik yaradan, dini inanca görə insanları parçalayan dini radikalizmin və xurafatın yolverilməz olduğu qeyd edilib. 

Tədbir müzakilərlə davam edib.