Bərdədə milli-mənəvi dəyərlər mövzusu müzakirə olunub
Aprelin 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi, Bərdə Rayon Gənclər və İdman sektoru və Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin birgə təşkilatçılığı ilə Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseydə “Milli-mənəvi dəyərlər: nəsillərarası körpü” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin məsləhətçisi Məhəmməd Rəşidov, Gənclər və İdman sektrorunun baş məsləhətçisi Fidan Nəsirli, Rayon Ağsaqqallar Şurasının sədr müavini Rzaqulu Şərifov, "Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin Bərdə rayon şöbəsinin sədri Etibar Hüseynova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlarda natiqlər milli-mənəvi dəyərlərin hər bir gəncin həyatında mühüm yer tutduğunu söyləyiblər. Gənclərin milli ruhda tərbiyəsindən, onların müstəqil dövlətçilik ənənələrinin inkişafındakı rolundan, eyni zamanda tariximizin öyrənilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə düzgün çatdırılmasında gənclərimizin fəallığının daha da artırılmasından danışılıb.
Tədbir müzakirələrlə davam etdirilib.


