Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.10.2025 / Bölgə xəbərləri

Bərdədə “Gənclərin dini radikalizmdən qorunmasının yolları” mövzusunda tədbir keçirilib

Oktyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi və Bərdə Rayonu Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə R.Hüseynov adına Gülgəzli kənd tam orta məktəbində “Gənclərin dini radikalizmdən qorunmasının yolları” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin əməkdaşı Məhəmməd Rəşidov, Rayonu Gənclər və İdman sektorunun müdiri Aydın Qasımov Rayon Polis Şöbəsinin əməkdaşı İsmayıl Hüseynzadə, Bərdə rayonu R.Hüseynov adına Gülgəzli kənd tam orta məktəbin direktoru Samir Mikayılov, müəllimlər və şagirdləri iştirak ediblər.

Çıxışlarda gənclərin dini radikalizm təhlükəsindən qorunmasının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, radikalizmə qarşı mübarizədə maarifləndirmə əsas vasitə hesab olunur. O da vurğulanıb ki, gənclərin milli-mənəvi dəyərlərə bağlılığı da radikalizmə qarşı effektiv müdafiə rolunu oynayır.