Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.12.2025 / Bölgə xəbərləri

Bərdə və Göygöldə radikal dini ideologiyalara qarşı maarifləndirici tədbirlər keçirilib

Radikal dini cərəyan və ideologiyaların gənclərə mənfi təsirlərinin qarşısının alınması məqsədilə Bərdə və Göygöl rayonlarında maarifləndirici tədbirlər təşkil olunub.
Bərdə rayonu:
Dekabrın 16-da “Radikal dini cərəyanların gənclərə təsiri: necə qorunmalı?” mövzusunda keçirilən tədbirdə Milli Qəhrəman Elnur Kərimov adına 4 saylı tam orta məktəbin müəllimləri, məktəblilər, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsinin məsləhətçisi Məhəmməd Rəşidov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Mehtiyeva, eləcə də rayon Gənclər və İdman sektorunun müdiri Aydın Qasımov iştirak ediblər.
Göygöl rayonu:
Dekabrın 16-da “Radikal ideologiyaların qarşısının alınmasında maarifləndirmənin rolu” mövzusunda tədbir keçirilib. Tədbirə DQİDK-nin Gəncə-Daşkəsən regional bölməsinin aparıcı məsləhətçisi Orxan Seyidov, Göygöl şəhər “Heydər” məscidinin imamı Dəyanət Axundov, təhsil işçiləri və ictimaiyyət nümayəndələri qatılıblar.
Çıxışlar zamanı radikal dini ideologiyaların mahiyyəti, onların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Həmçinin vurğulanıb ki, sağlam dini düşüncənin təşviqi gənclərin zərərli təsirlərdən qorunmasında mühüm rol oynayır. Radikal dini cərəyanların yayılmasının qarşısının alınması, eləcə də gənclər arasında düzgün dini maarifləndirmənin aparılmasının vacibliyi diqqətə çatdırılıb.