Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
02.10.2024 / Bölgə xəbərləri

Balakəndə “Uşaqların təhsildən yayındırılmasına qarşı mübarizədə dini icmaların rolu” mövzusu müzakirə olunub

Oktyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsi, Balakən Rayon İcra Hakimiyyəti (İH) və Qafqaz Müsəlmanları İdarəsinin rayon Qazılığının birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqların təhsildən yayındırılmasına qarşı mübarizədə dini icmaların rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Zaqatala regional bölməsinin baş məsləhətçisi Elməddin Atakişiyev, İH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fariz Nəcəfov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Uşaqların təhsildən yayındırılmasına qarşı mübarizədə dini icmaların rolundan bəhs olunub. Bu cür tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyi vurğulanıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.