Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.02.2025 / Bölgə xəbərləri

Balakəndə “Tolerantlıq Azərbaycan xalqının milli sərvətidir” mövzusunda tədbir keçirilib

Fevralın 21-də Balakən rayonu Püştətala kənd məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsinin, Balakən Rayon İcra Hakimiyyətinin və QMİ-nin Balakən rayon qazılığının birgə təşkilatçılığı ilə “Tolerantlıq Azərbaycan xalqının milli sərvətidir”  mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala regional bölməsinin baş məsləhətçisi Elməddin Atakişiyev, Balakən rayonu Püştətala kənd məscidinin imamı və dini icma sədri Qurban Qudavasov və  dini icma üzvləri iştirak edib.

Çıxışlar zamanı bildirilib ki, Azərbaycan dünyada tolerantlıq örnəyi kimi tanınır, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər ölkəmizi müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Vurğulanıb ki, dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışında görən Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə yürütdüyü siyasət çox uğurludur.

Tədbir qarşılıqlı diskusiya və iştirakçıların suallarının cavablandırılması ilə sona çatıb.