Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.09.2026 / Bölgə xəbərləri

Balakəndə "Sülh Aylığı" çərçivəsində tədbir keçirilib

Sentyabrın 18-də Balakən rayonu Talalar kənd 2 nömrəli tam orta məktəbində “Sülh Aylığı” çərşivəsində “Azərbaycan sülh və tolerantlıq məkanı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin baş məsləhətçisi Elməddin Atakişiyev, Balakən Rayon İcra Hakimiyyətinin əməkdaşı Gültac Əfəndiyeva, rayon Gənclər və İdman sektorunun əməkdaşı Nurlan Şibliyev, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı Azərbaycanın əsrlər boyu müxtəlif xalqların, dinlərin və etnik qrupların sülh, qarşılıqlı hörmət və dinc yanaşı yaşadığı tarixi tolerantlıq məkanı olduğu bildirilib. Bakıda təşkil olunan beynəlxalq konfranslar və dialoq platformaları Azərbaycanın qlobal miqyasda sülhə, həmrəyliyə və qarşılıqlı etimada sadiqliyini bir daha nümayiş etdirir. O da qeyd edilib ki, müasir dövrdə sülh mədəniyyətinin cəmiyyətin bütün təbəqələrində, xüsusilə uşaqlar və gənclər arasında aşılanması xüsusilə aktualdır.