Balakəndə “Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusu müzakirə olunub
Fevralın 5-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsi, Balakən Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin və Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Balakən rayonu Mikayıl Müşfiq adına Gərəkli kənd tam orta məktəbində “Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ruslan Əfəndiyev, İcra Hakimiyyətinin nümayəndəsi Fariz Nəcəfov, təşkilatçı qurumların əməkdaşları, müəllimlər və məktəblilər iştirak ediblər.
Natiqlər dini radikalizm, ekstremizm və onların mahiyyəti barədə məlumat veriblər. Yeniyetmə və gənclərin radikal dini təsirlərdən qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.

