Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.04.2024 / Bölgə xəbərləri

Balakəndə “Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları” mövzusunda tədbir keçirilib

Aprelin 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Balakən rayonu Nəriman Nərimanov adına Mahamalar kənd tam orta məktəbində “Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev, Balakən rayonu “Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşı Rəsul Şamilov, müəllim və şagirdlər iştirak edib.

Çıxışlar zamanı narkomaniya, onun törətdiyi fəsadlar və bununla bağlı ölkəmizdə aparılan mübarizə tədbirləri haqqında məktəblilərə geniş məlumat verilib. “Ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı problemlər diqqətə çatdırılaraq bildirilib ki, sağlam cəmiyyətimiz üçün belə zərərli vərdişlərdən uzaq durmaq lazımdır. Tədbirdə vurğulanıb ki, gənclərimizin narkomaniya və digər zərərli vərdişlərdən qorunmasında onların milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsi çox vacibdir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.