Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.12.2022 / Bölgə xəbərləri

Balakəndə maarifləndirmə tədbiri keçirilib

Dekabrın 8-də Balakən rayonunda “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ruslan Əfəndiyev, Balakən Rayon İcra Hakimiyyətinin nümayəndəsi Aynur Omarova, Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Nurlan Şibliyev, eləcə də Şambul kənd İmam Şamil adına tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı dini radikalizmin yarada biləcəyi təhlükələrdən bəhs olunub. Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsirindən danışılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.