Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.04.2025 / Bölgə xəbərləri

Balakəndə maarifləndirmə tədbiri keçirilib

Aprelin 16-da Balakən rayonu Rauf Hədisov adına Yeni Şərif kənd tam orta məktəbində “Narkotikə yox deyək” mövzusunda seminar keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsinin məsləhətçisi Ruslan Əfəndiyev, Rayon İcra Hakimiyyətinin əməkdaşı Mehman Papaxov, Rayon Gənclər və İdman sektorunun aparıcı məsləhətçisi Nurlan Şibliyev, müəllimlər və məktəblilər iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, müasir dünyamızın ən mühüm problemlərindən biri olan narkomaniyadan bəşəriyyət hələ də əziyyət çəkməkdədir. Eyni zamanda psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri barədə ətraflı məlumat verilib.