Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.02.2024 / Bölgə xəbərləri

Balakəndə maarifləndirmə tədbiri keçirilib

Fevralın 23-də Balakən rayonu Kortala kənd məscidində  “Müqəddəs dinimizdə Vətən sevgisi” adlı tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə  Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ruslan Əfəndiyev, rayon İcra Hakimiyyətinin nümayəndəsi Fariz Nəcəfov, QMİ-nin rayon qazısı İbrahim İbrahimov, dini icma sədri, eləcə də kənd sakinləri iştirak ediblər.

Çıxışlarda İslamın Vətən sevgisinə verdiyi önəmdən danışılıb. Qeyd edilib ki, dini dəyərlərimiz də milli və mənəvi dəyərlərin ayrılmaz tərkib hissəsidir.