Balakəndə maarifləndirmə tədbiri keçirilib
Aprelin 5-də Balakən şəhəri İmadəddin Nəsimi adına 2 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbənin əməkdaşı Ruslan Əfəndiyev, Gənclər və İdman İdarəsinin əməkdaşı Nurlan Şibliyev, “Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşı Osman Əliyev, müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlarda multikulturalizmin Azərbaycan modelindən danışılıb. Eyni zamanda multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlərdən danışılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

