Balakəndə maarifləndirmə tədbiri keçirilib
Martın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Təhsil İdarəsi və rayon “Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Sarıbulaq kənd tam orta məktəbində “Milli dövlətçiliyin möhkəmlənməsi: azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev, “Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşları Nurlan Şibliyev və Osman Əliyev, Cederovtala kənd məscidinin imamı İsa Musalov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı mövzunun əhəmiyyətindən danışılıb. Milli dövlətçiliyin möhkəmlənməsi azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimizin rolundan bəhs olunub.
Sonda fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.


