Balakəndə maarifləndirmə tədbiri keçirilib
Yanvarın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən rayon Mərkəzi Kitabxana Sistemi (MKS), Rayon İcra Hakimiyyəti (RİH) və rayon “Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev, Balakən rayon MKS-nin müdiri Məryəm Tağıyeva, RİH-nin nümayəndəsi Türkan Əliyeva, rayon “Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşları Nurlan Şibliyev və Osman Əliyev, Balakən şəhəri “Mərkəzi Cümə” məscidinin din xadimi Elşən Poladov, kitabxana əməkdaşları və gənclər iştirak ediblər.
Çıxışlar zamanı xalqımızın sahib olduğu zəngin milli-mənəvi dəyərlər haqqında ətraflı bəhs olunub. Bildirilib ki, respublikamız bütün dünyada tolerant və multikultural ölkə kimi tanınır.
Sonda “Azərbaycan - tolerantlıq modeli” adlı film nümayiş olunub.

