Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.07.2023 / Bölgə xəbərləri

Balakəndə “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusu müzakirə olunub

İyulun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Balakən Rayon İcra Hakimiyyəti (RİH) və rayon Mərkəzi Kitabxana Sisteminin (MKS)  birgə təşkilatçılığı ilə “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda konfrans keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ruslan Əfəndiyev, Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hacı Muradov, MKS-nin müdiri Məryəm Tağıyeva, Gənclər və İdman İdarəsinin əməkdaşı Nurlan Şibliyev, ictimaiyyət nümayəndələri,, eləcə də gənclər iştirak ediblər.

Çıxışlarda vurğulanıb ki, Azərbaycanda dinlər və məzhəblərarası qarşıdurmalar baş verməyib, dini, milli, irqi və məzhəb ayrı-seçkiliyə yol verilmir, eləcə də hər kəsin vicdan azadlığına təminat verilir. O da bildirilib ki, bir çox xalqların və  müxtəlif dini konfessiyaların nümayəndələri respublikamızda birgə, mehriban şəraitdə yaşayırlar.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.