Balakəndə dini radikalizmin mahiyyəti və təhlükələri müzakirə olunub
Martın 1-də Balakən rayonu Qullar kəndi Eyvaz Əliqayev adına 2 nömrəli tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Ruslan Əfəndiyev, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hacı Muradov, Gənclər və İdman idarəsinin əməkdaşı Nurlan Şibliyev, Gənclər evi sosial xidmət müəssisəsinin əməkdaşı Osman Əliyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizmin və ekstremizmin yaratdığı fəsadlar barədə danışılıb. Radikalizmlə mübarizədə maarifləndirmə işinin əhəmiyyəti qeyd olunub.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
