Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.08.2023 / Bölgə xəbərləri

Balakəndə dini maarifləndirmə tədbiri keçirilib

Avqustun 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti (RİH), rayon Heydər Əliyev Mərkəzi və “Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda seminar keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev, Balakən RİH-in nümayəndəsi Aynur Omarova, təşkilatçı qurumların əməkdaşları, eləcə də gənclər iştirak ediblər.

Çıxışlar zamanı Ddini radikalizm və ekstremizmin mahiyyəti və onunla mübarizə yolları haqqında məlumat verilib. Gənclərin radikal və ekstremist dini cərəyanların təsirindən qorunmalarının vacibliyi vurğulanıb.

Sonda seminar iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.