Balakəndə din xadimləri və dini icma sədrlərinin iştirakı ilə tədbir keçirilib
Yanvarın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti və Balakən rayon Qazılığının birgə təşkilatçılığı ilə 2022-ci il üçün yekun hesabatı və cari ildə görüləcək işlərə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fariz Nəcəfov, QMİ-nin Balakən rayonu üzrə qazısı İbrahim İbrahimov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlarda dini icmaların ötən ilin yekun hesabatı və 2023-cü ildə görüləcək işləri müzakirə olunub. Eyni zamanda din xadimlərinə və dini icma sədrlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

