Balakəndə din xadimləri və dini icma sədrləri ilə görüş keçirilib
Oktyabrın 4-də Balakən rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti (RİH) və Balakən rayon qazılığının birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbənin müdiri İlqar Vəliyev, Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fariz Nəcəfov, QMİ-nin Balakən rayonu üzrə qazısı İbrahim İbrahimov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizm və xurafatla mübarizə tədbirlərindən bəhs olunub. Milli-mənəvi dəyərlərimizin fəal şəkildə təbliği, dini maarifləndirmə işinin düzgün təşkil edilməsinin vacibliyi dini icma sədrləri və din xadimlərinin diqqətinə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.