Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.11.2024 / Bölgə xəbərləri

Balakəndə “16 Noyabr Beynəlxalq Tolerantlıq Günüdür” mövzusunda tədbir keçirilib

Noyabrın 15-də Balakən rayonu İtitala kənd məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsinin, Balakən Rayon İcra Hakimiyyətinin və QMİ-nin Balakən rayon qazılığının birgə təşkilatçılığı ilə “16 Noyabr Beynəlxalq Tolerantlıq Günüdür”  mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala regional bölməsinin baş məsləhətçisi Elməddin Atakişiyev, Balakən rayonu İtitala kənd məscidinin imamı və dini icma sədri Hacıməhəmməd Əliyev və dini icma üzvləri iştirak edib.

Çıxışlar zamanı dünyada artmaqda olan dözümsüzlüklə mübarizə üçün həmrəyliyə nail olmağın, müxtəlif mədəniyyətlər arasında qarşılıqlı hörməti, anlaşmanı və dialoqu gücləndirməyin önəmindən ətraflı danışılaraq bildirilib ki, 1995-ci il noyabrın 16-da UNESCO tərəfindən dünyada Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunması ilə bağlı Bəyannamə qəbul edilib. Vurğulanıb ki, Azərbaycan dünyada tolerantlıq örnəyi kimi tanınır, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər ölkəmizi müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışında görən Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə yürütdüyü uğurlu siyasətindən bəhs edilərək qeyd edilib ki, Azərbaycan Respublikasında azərbaycanlı adı altında birləşən onlarla xalqlar və etnik qrupların nümayəndələri qarşılıqlı hörmət və mehribanlıq şəraitində yaşamış və yaşamaqdadır.

Tədbir qarşılıqlı diskusiya və iştirakçıların suallarının cavablandırılması ilə sona çatıb.