Balakən və Cəlilabadda ailə dəyərlərinə həsr olunmuş maarifləndirmə tədbirləri keçirilib
Martın 5-də Balakən rayonu Qazbinə kənd tam orta məktəbində “Dini dəyərlər kontekstində ailə və cəmiyyət” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin baş məsləhətçisi Elməddin Atakişiyev, yerli qurumların nümayənədləri, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.
***
Martın 5-də Cəlilabad şəhəri 3 saylı tam orta məktəbində “Sağlam ailə münasibətləri: qarşılıqlı anlayış və hörmət” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Lənkəran-Astara regional bölməsinin əməkdaşları Həsən Hümbətov, Cavidan Rəşidov, Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı Salamat Nəcəfov, müəllimlər və şagirdlər iştirak ediblər. Daha bir tədbir Cəlilabad Tibb Kollecində “Sağlam gələcək, güclü ailə” mövzusunda baş tutub. Tədbirdə DQİDK-nın Lənkəran-Astara regional bölməsinin əməkdaşı Həsən Hümbətov, yerli dövlət qurumlarının nümayəndələri, müəllimlər və tələbələr iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, ailə institutunun qorunması, sağlam və dəyərlərə söykənən münasibətlərin formalaşdırılması gənclərin düzgün tərbiyəsində vacib rol oynayır. Dini və milli-mənəvi dəyərlər ailə münasibətlərində qarşılıqlı hörmətin, məsuliyyətin və sədaqətin güclənməsinə xidmət edir. Bu baxımdan gənclərin erkən nikahların mənfi nəticələri barədə maarifləndirilməsi sağlam və güclü cəmiyyətin formalaşmasına töhfə verir.




