Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.10.2023 / Bölgə xəbərləri

Balakən və Ağsuda “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusu müzakirə edilib

Oktyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi (DQİDK), Balakən Rayon İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Təhsil İdarəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Balakən rayonu Akademik Zərifə Əliyeva adına şəhər 3 saylı tam orta məktəbində “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev, Balakən rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Şahin Qarakişiyev, məktəb müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər haqqında ətraflı məlumat verilib. Bildirilib ki, gənclərin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasında onların mənəvi dünyagörüşlərinin inkişaf etdirilməsi olduqca vacibdir.

Tədbirin sonunda qarşılıqlı fikir mübadiləsi aparılıb.

 

***

 

Oktyabrın 5-də Ağsu rayonu Pirhəsənli kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, Ağsu Rayon İcra Hakimiyyəti (RİH), Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Vahidov, Ağsu RİH başçısı Aparatının İctimai - siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Kənan Tacızadə, Ağsu rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı Seyran Dəmirov, Regional Təhsil İdarəsinin Ağsu rayon təhsil sektorunun əməkdaşı Ruslan Məmmədov, Polis Şöbəsinin əməkdaşı Fərid Rəcəbov, məktəbin direktoru Aqil Həsənov, müəllim və şagird kollektivi iştirak ediblər.

Çıxışlar zamanı məktəblilərin mənəvi dünyagörüşünə mənfi təsir edən amillərdən danışılıb. O cümlədən gənclərin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyi və milli-mənəvi dəyərlərimizə uyğun vətənpərvərlik ruhunda tərbiyə edilmələrinin zəruriliyi qeyd edilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.