Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
31.01.2025 / Bölgə xəbərləri

Bakının Nərimanov rayonunda maarifləndirmə tədbiri təşkil olunub

Yanvarın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin təşkilatçılığı ilə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Milli dövlətçiliyin möhkəmlənməsi: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusunda maarifləndirmə tədbiri təşkil olunub.

Tədbirdə Dövlət Komitəsinin Bakı regional bölməsinin məsləhətçisi Cahangir Məmmədov, Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vəfadar Zeynalov, Nərimanov rayon “Cümə” məscidinin imamı Araz Abdullayev, müəllimlər və tələbələr iştirak ediblər.

Çıxışlarda xalqımızın zəngin mənəvi dəyərlərinin milli birliyimizin möhkəmləndirilməsindəki əhəmiyyəti vurğulanıb. Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimizin bizim bir xalq olaraq formalaşmağımıza böyük təsir göstərdiyi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynadığı diqqətə çatdırılıb. Respublikamzıda yaşayan müxtəlif millətlərin, dinlərin və məzhəblərin nümayəndələri arasında tarixən həmrəylik, sülh və vəhdətin hökm sürdüyü, xalqımızın zəngin milli-mənəvi dəyərlər sistemində humanizm və sülhsevərliyin əsas yer tutduğu qeyd edilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.