Bakıda və regionlarda "Ümummilli Lider Heydər Əliyev və milli-mənəvi dəyərlər" mövzusunda tədbirlər keçirilir
Regionlarda "Ümummilli Lider Heydər Əliyev və milli-mənəvi dəyərlər" mövzusunda tədbirlər keçirilir.
Mayın 8-də Sumqayıtda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbəsinin müdiri Yalçın Abdullayev, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Fərman Kazımov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə qazısı Rauf Sərdərov, din xadimləri, dini konfessiyaların nümayəndələri iştirak ediblər.
***
Daha bir tədbir mayın 8-də Sabirabad rayonunda baş tutub. Tədbirə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Cəfərsadiq Cəfərli, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Əliabbas Həsənov, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
***
Mayın 8-də Quba rayonunda keçirilən konfransda isə DQİDK-nın bölgə şöbəsinin müdiri Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, din xadimləri və dini icma sədrləri, o cümlədən gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Mayın 8-də Qobustan rayonunda da analoji tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Nahid Babaşov, müəllimlər və şagirdlər iştirak ediblər.
***
Mayın 8-də Oğuz rayonunda baş tutan tədbirə isə rayon Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova, Yeni Azərbaycan Partiyası Oğuz Rayon Təşkilatının sədr müavini Mehman Ramazanov, DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Samir Salehov, Rayon Gənclər və İdman sektorunun müdiri Şaiq Rüstəmov, ziyalılar və gənclər qatılıblar.
***
Mayın 8-də Göyçay rayonunda keçirilən tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin müdiri İlham Qəribov, şöbənin əməkdaşı Əzim Rəfiyev, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
***
Mayın 8-də Zaqatalada baş tutan tədbirə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Ramin Həsənov, ziyalılar və gənclər qatılıblar.
***
Mayın 8-də Lənkəran şəhərində keçirilən tədbirdə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, bölgənin din xadimləri və dini icma sədrləri iştirak ediblər.
***
Mayın 10-da Tovuzda keçirilən tədbirdə Dövlət Komitəsinin bölgə şöbəsinin müdiri Pərvin Zeynalov, şöbənin əməkdaşları, eləcə də din xadimləri iştirak ediblər.
***
Daha bir analoji tədbir mayın 10-da İmişli rayonunda keçirilib. Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Abbaslı, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Namiq Ağacanov, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Mayın 10-da Bakı şəhəri, Xətai rayonu 264 nömrəli məktəb-liseydə keçirilən tədbirdə İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd İbrahimov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov, məktəb-liseyin direktoru Mehriban Mustafayeva, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən danışılıb. Bildirilib ki, ölkəmizdə əsası Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasının formalaşması dövlətçiliyimiz və xalqımızın inkişafında mühüm rol oynayıb, milli özünüdərkin və milli ruhun dirçəlməsinə səbəb olub.
Tədbirlər müzakirələrlə davam edib.











