Bakıda və regionlarda maarifləndirmə tədbirləri davam etdirilir
Paytaxtda və regionlarında maarifləndirmə tədbirləri davam etdirilir.
Kürdəmir rayonu, 14.11.2023: Kürdəmir şəhər "İmam Rza" məscidində Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar "Azərbaycan tolerant ölkədir" mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, Kürdəmir Rayon İcra Hakimiyyətinin əməkdaşı Daşqın Rüstəmov , din xadimləri və dini icma sədrləri iştirak ediblər.
***
Şabran rayonu, 14.11.2023: Şabran rayonunda “Erkən nikah: hüquqi və mənəvi müstəvidə” mövzusu müzakirə olunub. Tədbirə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Tağıyev, rayon Gənclər və İdman Sektorunun müdiri Süleyman Əliməmmədov, şəhər 4 saylı tam orta məktəbin şagirdləri, eləcə də gənclər qatılıblar.
***
Bakı şəhəri, Nizami rayonu, 14.11.2023: 242 saylı tam orta məktəbində isə "Uşaq hüquqları aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib. Tədbir Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəhman Hüseynov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov və məktəblilərin iştirakı ilə baş tutub.
***
Ağsu rayonu, 14.11.2023: şəhər 4 saylı tam orta məktəbində “Azərbaycanda tolerantlıq” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kənan Tacızadə, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Vahidov, müəllimlər və şagirdlər iştirak ediblər.
***
Qax rayonu, 14.11.2023: şəhər 3 saylı tam orta məktəbində Konistitusiya Gününə həsr olunmuş tədbirə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, müəllimlər və məktəblilər qatılıblar.
***
Zaqatala rayonu, 14.11.2023: Aydın Babayev adına Mosul kənd tam orta məktəbində “17 Noyabr-Milli Dirçəliş Günüdür” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın bölgə şöbəsinin müdiri İlqar Vəliyev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Zaqatala Rayon Sektorunun məsləhətçisi Xamis İsmayılov, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda mövzuların aktuallığına toxunulub. Bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyəti qeyd edilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.






