Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.05.2024 / Bölgə xəbərləri

Bakıda və bölgələrdə maarifləndirmə tədbirləri keçirilib

Mayın 16-da regionlarda maarifləndirmə tədbirləri keçirilib.

Bakı şəhəri Nizami rayonu 312 saylı tam orta məktəbində "Qloballaşma dövründə gənclər arasında milli ailə dəyərlərinin təbliği, onun qorunması və möhkəmləndirilməsi" mövzusunda, Yasamal rayonu 60 saylı tam orta məktəbində “Narkomaniyanın fiziki, mənəvi, və sosial fəsadları" mövzusunda, Xızı rayonu Şorabad qəsəbə tam orta məktəbində “Erkən nikah:hüquqi və mənəvi müstəvidə” mövzusunda, Ucar şəhər 6 nömrəli tam orta məktəbində "Məişət zorakılığının qarşısının alınması" mövzusunda, Hacıqabul şəhər 1 saylı orta məktəbində “Dövlətimizin din siyasəti” mövzusunda, Qax rayonu İlisu kəndi Nizami Gəncəvi adına tam orta məktəbində “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərin yeri” mövzusunda, Biləsuvar şəhər 4 saylı tam orta məktəbində “Mənəvi dəyərlərimiz və Azərbaycançılıq ideologiyası” mövzusunda, Salyan şəhər Aşıq Pənah adına 1 saylı humanitar fənlər təmayüllü məktəb-liseydə “Dövlət-din münasibətləri” mövzusunda, Qazax rayon Çaylı kənd 2 nömrəli tam orta məktəbində "Dini radikalizmin təhlükələri və fəsadları" mövzusunda, Tərtər rayonu Seydimli kənd tam orta məktəbində "Dini radikalizm, erkən nikah və zərərli vərdişlər" mövzusunda  tədbirlər keçirilib.

Tədbirlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə şöbələrinin əməkdaşları - Amal Məlikov, Cahangir Məmmədov, Təbib Məmmədov, Rauf Nəsirov, Tərlan Nəzərov, Eşqin Allahverənov, Ülvi Zeynallı, Əlisafa Qənbərov, Pərviz Eyvazov və Sadiq Məmmədov, müvafiq qurumların məsul işçiləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda mövzuların əhəmiyyətindən danışılıb. Maarifləndirmə tədbirlərinin zəruriliyi diqqətə çatdırılıb. 
Tədbirlərin sonunda iştirakçıların sualları cavablandırılıb.