Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.08.2024 / Bölgə xəbərləri

Bakıda “Sülh aylığı: dini radikalizm və ekstremizmin təhlükələri” mövzusunda tədbir keçirilib

Avqustun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Yasamal  rayonu “Hacı Soltanəli”  məscidində  “Sülh aylığı: dini radikalizm və ekstremizmin təhlükələri” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Bakı regional  bölməsinin əməkdaşı Cahangir Məmmədov, Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşı Emin Babayev, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı, icma sədrləri, gənclər, o cümlədən rayonun din xadimləri iştirak ediblər.           

Tədbirdə “Sülh aylığı” çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edilib. Sülhün, əmin-amanlığın qarşısında duran ən böyük təhlükələrdən birinin məhz dini radikalizm və ekstremizm olduğu, bunun isə vətəndaş cəmiyyəti və demokratik dövlət üçün təhlükə mənbəyi hesab edildiyi vurğulanıb.

Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.