Bakıda "Azərbaycan dünyada multikulturalizm və tolerantlıq nümunəsidir” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Aprelin 5-də Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində "Azərbaycan dünyada multikulturalizm və tolerantlıq nümunəsidir” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Rəşadət Hidayətov, Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
İştirakçılar əsrlər boyu ölkəmizdə bütün dinlərin, etnik qrupların nümayəndələrinin əmin-amanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamasını qeyd ediblər. Bildiriblər ki, Azərbaycanda uğurlu inkişafin, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır.
O da vurğulanıb ki, müasir dövrdə bilikli, savadlı olmaq, dünyaya Vətənimizin zəngin mədəniyyətini və tariximizi tanıtmaq hər bir vətəndaşın mənəvi borcudur.


