Astarada Ramazan-sülh, yardımlaşma və həmrəylik ayı” mövzusunda tədbir keçirilib
Martın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsi, Astara Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Astara rayonu üzrə səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Ramazan-sülh, yardımlaşma və həmrəylik ayı” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran regional bölməsinin əməkdaşları - Emin Həmidli, Famil Talıbov, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mərasim Hacıyev, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlar zamanı Ramazan ayının sülh və həmrəylik ayı olduğu qeyd edilib. QMİ- nin Ramazan ayı ilə bağlı fətvasına və qanunvericiliyin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb.
Tədbir müzakirələrlə davam etdirilib.



