Astarada maarifləndirmə tədbirləri keçirilib
Respublikamızın regionlarında maarifləndirmə tədbirləri davam edir.
Mayın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda tədbir keçirilib. Astara şəhəri 2 saylı tam orta məktəbində baş tutan tədbirdə DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Famil Talıbov, müəllimlər və şagirdlər iştirak ediblər.
***
Mayın 24-də Astara rayonu Sərək kənd tam orta məktəbində “Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda keçirilən tədbirə isə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Səyyad Babakişiyev, Famil Talıbov, məktəbin direktoru Nuranə Həmidova, müəllimlər və şagirdlər qatılıblar.
Çıxışlarda mövzuların əhəmiyyətindən danışılıb. Regionlarda keçirilən maarifləndirmə tədbirlərinin zəruriliyi diqqətə çatdırılıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

