Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.11.2025 / Bölgə xəbərləri

Astarada “Dini tolerantlıq-cəmiyyətdə birgəyaşayış ənənəsinin təminatçısı” mövzusunda tədbir keçirilib

Noyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Dini tolerantlıq-cəmiyyətdə birgəyaşayış ənənəsinin təminatçısı” mövzusunda tədbir keçirilib.

Astara rayonu Kijəbə qəsəbə tam orta məktəbində baş tutan tədbirdə DQİDK-nın Lənkəran regional bölməsinin əməkdaşları Səyyad Babakişiyev, Famil Talıbov, məktəbin direktoru Təbrizə Rəsulova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak edib.

Çıxışlar zamanı Azərbaycanın tarixən müxtəlif dinlərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət, həmrəylik və dözümlülük şəraitində yaşadığı, müxtəlif mədəniyyətlərin həm coğrafi, həm də mədəni baxımdan qovuşduğu unikal məkan olduğu qeyd edilib. Vətən Müharibəsindəki qələbəmizdə və milli həmrəyliyimizin möhkəmlənməsində xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin mühüm rolu diqqətə çatdırılıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.