Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.10.2023 / Bölgə xəbərləri

Astara və Lerik rayonlarında dini maarifləndirmə tədbirləri keçirilib

 Lənkəran bölgəsində dini maarifləndirmə tədbirləri davam etdirilir.

“Vəhdət və birlik” mövzusunda baş tutan tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və  Astara rayonu Siyəkü kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Səyyad Babakişiyev, Famil Talıbov, din xadimləri, dini icma üzvləri və ictimaiyyyət nümayəndələri iştirak ediblər.

Daha bir tədbir isə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Ağaəli Həsənov, məktəblilər, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə Lerik rayonunun M.Qafarov adına Siyov kənd tam orta məktəbində, “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda keçirilib.

Çıxışlarda mövzuların əhəmiyyətindən, ölkəmizdə mövcud olan dini, milli həmrəylikdən danışılıb. Azərbaycan xalqının milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolundan bəhs olunub.

Hər iki tədbir müzakirələrlə yekunlaşıb.