Astara və Bərdədə Ramazan ayının başlanması ilə əlaqədar tədbir keçirilib
***
Mayın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsi və Qafqaz Müsalmanları İdarəsinin birgə təşkilatçılığı ilə Bərdə rayonu “Cümə” məscidində birgə tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov, Bərdə rayon “İmamzadə” məscidi dini icmasının sədri və QMİ-nin Qarabağ bölgәsi üzrә sәlahiyyәtli nümayәndәsi, bölgә qazısı Ramazan Hüseynov, Bərdə rayonunda yerləşən dini icmaların sədrləri və din xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan QMİ-nin Qarabağ bölgәsi üzrә sәlahiyyәtli nümayәndәsi, bölgә qazısı Ramazan Hüseynov QMİ-nin fətvası və görüləcək tədbirlər barədə məlumat verib, müqəddəs Ramazan ayı barədə fikirlərini söyləyib. Ramazan Hüseynov bildirib ki, qarşıdakı ay boyunca QMİ tərəfindən verilmiş Ramazan ayı təqvimindən başqa təqvimlərdən istifadə olunmasının qarşısını almaq üçün din xadimləri diqqətli olmalı və müvafiq orqanlarla mütəmadi fikir mübadiləsi aparmalıdırlar.
Daha sonra çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov Ramazan ayı da daxil olmaqla istənilən dini bayramların və dini mərasimlərin həyata keçirilməsi üçün dövlətin yaratdığı şəraitdən bəhs edib, dindarların və din xadimlərinin müvafiq qanunvericiliyin tələblərinə riayət edəcəklərinə əmin olduğunu vurğulayıb. Rahib İbrahimov kənardan ümumi İslami dəyərlərə zərbə vuran cərəyanların və xurafat meyillərinin Azərbaycana istənilən yolla ayaq açması cəhdlərinin qarşısını almaq üçün mübarizə aparmağın labüd olduğunu qeyd edib.
Sonda tədbir iştrakçılarını maraqlandıran suallar cavablandırılıb.