Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.04.2026 / Bölgə xəbərləri

Aprel döyüşlərində qazanılan qələbənin onuncu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Respublikamızın bölgələrində 2016-cı ilin Aprel döyüşlərində qazanılan qələbənin onuncu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Aprelin 1-də Cəlilabad şəhəri Akademik Z. Əliyev adına 7 saylı tam orta ümumtəhsil məktəbində “Aprel döyüşləri və gənclərin vətənpərvərlik tərbiyəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran-Astara regional bölməsinin əməkdaşı Cavidan Rəşidov, rayon Gənclər və idman sektorunun əməkdaşı Salamat Nəcəfov, müəllimlər və şagirdlər iştirak ediblər.

Aprelin 2-də Şəmkir rayonu Aşağı Seyfəli kənd Natiq Abbasov adına tam orta ümumtəhsil məktəbində “Aprel döyüşləri və gənclərin vətənpərvərlik tərbiyəsi” mövzusunda tədbir təşkil olunub. Tədbirdə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin əməkdaşı Vüqar Əliyev, Şəmkir Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının əməkdaşı Ruhid Hacıyev, müəllimlər və məktəblilər iştirak ediblər.

Aprelin 2-də Sabirabad şəhəri H. Z. Tağıyev adına 6 saylı tam orta ümumtəhsil məktəbində “Aprel döyüşləri və gənclərin vətənpərvərlik tərbiyəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin müdiri Elvin Hüseynli, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, RİH başçısının Aparatının əməkdaşı Faiq Hüseynov, müəllimlər və şagirdlər iştirak ediblər.

Aprelin 2-də Qobustan rayonu Yekəxana kənd tam orta ümumtəhsil məktəbində “Aprel döyüşləri və gənclərin vətənpərvərlik tərbiyəsi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Qobustan RİH-nin məsul əməkdaşları – Mirdamət Bağıyev, Amil Vəzirli, DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Nahid Babaşov, müəllimlər və şagirdlər iştirak ediblər.

Daha bir tədbir aprelin 2-də Füzuli rayonu Horadiz şəhəri şəhid Fəqan Zalov adına 3 saylı tam orta ümumtəhsil məktəbində “Aprel döyüşləri və gənclərin vətənpərvərlik tərbiyəsi” mövzusunda keçirilib. Tədbirdə Dövlət Komitəsinin Qarabağ regional bölməsinin aparıcı məsləhətçisi İsmət Rəhimov, RİH başçısı Aparatının böyük məsləhətçisi Xalisə Məmmədova, “Əhli-Beyt” məscidinin imam müavini Tahir Həsənov, müəllimlər və şagirdlər iştirak ediblər.

Aprelin 2-də Ucar şəhəri 2 nömrəli tam orta ümumtəhsil məktəbində “Aprel döyüşləri: tarixdən qəhrəmanlıq dərsləri” adlı tədbir keçirilib. Tədbirdə DQİDK-nın Mərkəzi Aran regional bölməsinin əməkdaşı Rauf Nəsirov, şəhid atası Məhəmmədəli Əliyev, müəllimlər və şagirdlər iştirak ediblər.

Aprelin 2-də Yardımlı şəhəri 4 saylı tam orta məktəbdə “Qəhrəmanlıq və mübarizə əzmi: Aprel döyüşləri” mövzusunda baş tutan tədbirdə DQİDK-nın Lənkəran-Astara regional bölməsinin müdir müavini vəzifəsini icra edən Pərvin İmanov, Rayon Gənclər və İdman sektorunun müdiri Şəhriyar Şabiyev, RİH-nin əməkdaşı Rafael Mustafazadə, müəllimlər və şagirdlər iştirak ediblər.

Aprelin 2-də Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetində “Aprel döyüşləri: tarixdən qəhrəmanlıq dərsləri” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin müdir müavini Elmar Fətəliyev, müəllim və tələbələr iştirak ediblər.

Aprelin 3-də Quba rayonu Digah kəndində “Qəhrəmanlıq və mübarizə əzmi: Aprel döyüşləri” mövzusunda tədbir keçirilib. Tədbirdə komitənin Quba-Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev, İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Anar Məmmədov, müəllimlər, gənclər və yeniyetmələr iştirak ediblər.

Aprelin 3-də İmişli rayonunda “Qəhrəmanlıq və mübarizə əzmi: Aprel döyüşləri” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin bölməsinin müdiri Elvin Hüseynli, İmişli RİH məsul əməkdaşları - Rüfət Muradov, İltizam Quliyev, regional Gənclər və İdman İdarəsinin sektor müdiri Ramin Fərəcov, Qaralar kənd məscidinin imamı Elməddin Süleymanov, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Aprelin 3-də Gədəbəy rayonunda “Aprel döyüşləri: tarixdən qəhrəmanlıq dərsləri” mövzusunda baş tutan tədbirə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin məsləhətçisi Cavid Səfərov, Regional Gənclər və İdman İdarəsi sektor müdiri Röyal İsmayılov, müəllimlər və gənclər qatılıblar.

Aprelin 3-də Göyçay rayon Gənclər Evində “Qəhrəmanlıq və mübarizə əzmi: Aprel döyüşləri” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Mərkəzi Aran regional bölməsinin əməkdaşı Əzim Rəfiyev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Qaraş İsmayılov, rayon Gənclər və İdman sektorunun müdiri Təranə Nuriyeva, QMİ-nin Göyçay rayonu üzrə səlahiyyətli nümayəndəsi Rəsul Kazımov, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, gənclər, din xadimləri və icma sədrləri iştirak ediblər.

 

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Aprel döyüşlərinin başvermə səbəbləri, Azərbaycan əsgərinin bu döyüşlər zamanı peşəkarlıq, şücaət və qəhrəmanlıq nümunələri göstərərək işğalçılara sarsıdıcı zərbələr vurmasından danışıblar. Aprel döyüşlərində qazanılan qələbənin Günnüt əməliyyatı, Tovuz döyüşləri, Vətən müharibəsi, o cümlədən lokal xarakterli antiterror tədbirləri zamanı əldə olunan möhtəşəm Zəfərin başlanğıcı olduğu vurğulanıb.