Alban-Udi Xristian dini icmasının üzvləri Hadrut qəsəbəsində yerləşən Alban kilsələrini ziyarət ediblər
Fevralın 26-da Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının üzvləri Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən Alban kilsələrini ziyarət ediblər. Kilsələrdə Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilib, şəhidlərin ruhuna dualar edilib.



