Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.05.2025 / Bölgə xəbərləri

Ağsuda “Ulu Öndərin əsasını qoyduğu dövlət-din münasibətləri” mövzusunda tədbir təşkil olunub

Mayın 6-da Ağsu rayon Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi, Ağsu Rayon İcra Hakimiyyəti (RİH) və Ağsu rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Ulu Öndərin əsasını qoyduğu dövlət-din münasibətləri” mövzusunda tədbir keçirilib. 
Tədbirdə Ağsu RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələr şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Kənan Tacızadə, DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Tural Vahidov, Mərkəzin direktoru Reyhanə Tacızadə, Qafqaz Müsəlmanları İdarəsinin Ağsu rayonu üzrə səlahiyyətli nümayəndəsi Nurəddin İslamov, ictimaiyyət nümayəndələri və rayonun din xadimləri iştirak ediblər.
Çıxışlarda dövlət-din münasibətləri, dini tolerantlıq və multikulturalizm məsələlərinə toxunulub. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və uzaqgörən siyasəti nəticəsində Azərbaycanda müxtəlif dini konfessiyaların sərbəst fəaliyyət göstərməsi üçün əlverişli şərait yaradılıb. Eyni zamanda, məscidlərin, sinaqoqların və kilsələrin bərpası və qorunması istiqamətində dövlət tərəfindən dəstək göstərilib. Ümummilli Liderin müəyyənləşdirdiyi dövlət-din münasibətləri modeli bu gün də uğurla davam etdirilir.