Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.08.2025 / Bölgə xəbərləri

Ağsuda “Sülh aylığı” çərçivəsində tədbir keçirilib

Avqustun 21-də Ağsu şəhərində yerləşən “Nuran Xatun” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi və Ağsu Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində “Dinlərarası və mədəniyyətlərarası əməkdaşlıq sülhün təminatıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə Ağsu RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kənan Tacızadə, DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Tural Vahidov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Nurəddin İslamov, eləcə də bölgənin din xadimləri iştirak ediblər.
Çıxış edənlər dinlər və mədəniyyətlər arasında dialoqun və əməkdaşlığın əhəmiyyətindən, sülhün və qarşılıqlı anlaşmanın qorunmasında din xadimlərinin rolundan danışıblar. Bildirilib ki, bu kimi tədbirlər dini və milli-mənəvi dəyərlərin təbliği, eyni zamanda, cəmiyyətin birliyinin və vətəndaş həmrəyliyinin möhkəmlənməsində mühüm rol oynayır.