Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.02.2025 / Bölgə xəbərləri

Ağsuda “Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

Fevralın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsinin və Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ağsu şəhər Aslan Nadirov adına 1 nömrəli məktəb - liseydə “Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Ağsu RİH-nin İctimai-siyasi və humanitar məsələr şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Kənan Tacızadə, DQİDK-nın Dağlıq Şirvan bölməsinin əməkdaşı Tural Vahidov, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı Təhmasib Məhəmmədhüseyin, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşı Ağacan Əlabbasov,  məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbirdə çıxış edənlər müasir dövrümüzün ağır bəlalarından birinə çevirilən narkotik maddələrin zərərli təsirlərindən danışıb. Çıxışlarda hər bir dövlətin və millətin gələcəyi sayılan gənc nəslin bu kimi zərərli vərdişlərdən qorunmasının vacibliyi vurğulanıb.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.