Ağsuda maarifləndirmə tədbiri keçirilib
Fevralın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, Ağsu Rayon Polis Şöbəsi, rayon Gənclər və İdman İdarəsi, eləcə də rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə Ağsu şəhər 3 saylı tam orta məktəbində “Dini radikalizm, ekstremizm və narkomaniya ilə mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Vahidov, təşkilatçı qurumların nümayəndələri, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlarda dini radikalizmin mahiyyəti, yaratdığı fəsadlar, eləcə də zərərli vərdişlərə qarşı mübarizənin vacibliyi vurğulanıb. Bu sahədə təhsilin rolu qeyd edilib.
Tədbir iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.

