Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.05.2022 / Bölgə xəbərləri

Ağsuda maarifləndirmə tədbiri keçirilib

Mayın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, Ağsu rayon Gənclər və İdman İdarəsinin (Gİİ) birgə təşkilatçılığı ilə Ağsu rayon Mərkəzi Kitabxanasında "Doğulanlar arasında cins nisbətinin pozulmasının əhalinin demoqrafik strukturuna təsiri" mövzusunda dəyirimi masa formatında tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Vahidov, Ağsu rayon Gİİ-nin əməkdaşı Təhmasib Məhəmmədhüseyin, Mərkəzi Kitabxananın əməkdaşları, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Çıxışlar zamanı mövzunun müasir dövrdə aktuallığından, törətdiyi zərərlərdən və qarşısının alınması üsullarından danışılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.