Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.01.2022 / Bölgə xəbərləri

Ağsuda maarifləndirmə tədbiri keçirilib

Yanvarın 25-da Ağsu rayon Məmməd Mirzəməmmədov adına Aratkənd kənd tam orta məktəbində maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Dini Qurumlarla üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Vahidov, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Çıxış edən natiqlər bu cür maarifləndirmə tədbirlərinin mütəmadi keçirilməsinin zəruriliyini vurğulayıblar. O da qeyd edilib ki, dünyanın bəlasına çevrilən narkomaniya, dini radikalizm, həmçinin erkən nikaha qarşı cəmiyyətdə hər kəs mübarizə aparmalıdır. 

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.