Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.09.2022 / Bölgə xəbərləri

Ağsuda 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib

Sentyabrın 23-də Ağsu şəhər Mərkəzi Kitabxanasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi,  Ağsu rayon Gənclər və İdman idarəsi (Gİİ) və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Vahidov, Gİİ nümayəndəsi Seyran Dəmirov, İsmayıllı Regional Mədəniyyət İdarəsinin  əməkdaşı Cavanşir Şeydazadə, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədr müavini Altun Şeydayev  və gənclər iştirak ediblər.

Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Vətən müharibəsində qazandığı möhtəşəm zəfərdən bəhs olunub. Eyni zamanda qüdrətli Azərbaycan Ordusunun şücaətindən danışılıb. Qazanılan qələbədə ölkəmizdə tarixən mövcud olan milli və dini həmrəyliyin mühüm əhəmiyyəti vurğulanıb.

Sonda tədbir iştirakçıları mövzu ətrafında öz fikirlərini bildiriblər.