Ağsu və Biləsuvarda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar tədbirlər keçirilib
Noyabrın 4-də Ağsu şəhəri 4 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi, Ağsu rayon Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü ilə əlaqədar “Şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Tural Vahidov, Gənclər və idman sektorunun əməkdaşı Təhmasib Məhəmmədhüseyin, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.
***
Noybarın 4-də Biləsuvar rayonunda “8 Noyabr-Zəfər Günü. Vətənpərvərlik və Şəhidlik” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Şirvan-Salyan bölməsinin məsləhətçisi Cavid Dadaşov, din xadimləri və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər canlarını Vətən uğrunda fəda etmiş qəhrəmanların xatirəsinin respublikamızın hər yerində böyük ehtiramla yad edilməsindən, bu günün qəhrəmanlıq səhifəsi kimi xatırlanmasından söz açıblar. O da vurğulanıb ki, 44 günlük müharibədə əldə etdiyimiz zəfəri Ali Baş Komandan İlham Əliyevə, canından və qanından keçmiş şəhdilərimizə, qazilərimizə borcluyuq.
Hər iki tədbir müzakirələrlə davam etdirilib.


