Ağstafada "Ulu Öndər Heydər Əliyevun əsasını qoyduğu dövlət-din münasibətləri" mövzusunda tədbir keçirilib
Mayın 8-də Ağstafa şəhər Cümə məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Qazax-Tovuz regional bölməsinin və Ağstafa şəhəri İmam Əli adına “Cümə” məscidinin birgə təşkilatçılığı ilə "Ulu Öndər Heydər Əliyevun əsasını qoyduğu dövlət-din münasibətləri" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, Dövlət Komitəsinin əməkdaşları və Ağstafa şəhər İmam Əli adına “Cümə” məscidi dini icmasının sədri və imamı Şahin İsmayılzadə, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri tarixi yaddaşımıza dərin iz salıb. Onun anadan olmasının ildönümü hər il ölkəmizdə yüksək ehtiramla qeyd olunur. Vurğulanıb ki, Ulu Öndərin dövlət-din münasibətləri sahəsində müəyyənləşdirdiyi strateji xətt bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və müasir dövrün tələblərinə uyğun yeni məzmunla zənginləşdirilir.