Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.08.2024 / Bölgə xəbərləri

Ağstafada maarifləndirmə tədbiri keçirilib

Avqustun 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Qazax-Tovuz regional şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazax rayon Qazılığının birgə təşkilatçılığı ilə  Ağstafa şəhər Cümə məscidində “Tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsindəki rolu” mövzusuna həsr olunmuş tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Qazax-Tovuz regional şöbəsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, bölmənin məsləhətçisi Eşqin Allahverənov, QMİ-nin Qazax rayonu üzrə qazısı İlham Süleymanov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda qeyd edilib ki, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Eyni zamanda natiqlər tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsindəki rolundan bəhs ediblər.